“SMS-imi yoxlayan polis sonra məni tapıb mesaj yazdı” - Foto
Ötən gün Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisi polis əməkdaşının onun şəxsi məlumatlarını əldə etməsi iddiası ilə bağlı paylaşım edib.
S. Mahmudova feysbukda açıq post paylaşaraq Daxili İşlər Nazirliyindən məsələnin araşdırılmasını tələb edib. Şikayətçi vətəndaş hətta həmin polisin olduğu iddia edilən fotonu da hesabında paylaşıb.
Onun sözlərinə görə, Koroğlu metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb: “Daha sonra həmin şəxs mənə messenger vasitəsilə mesaj yazıb. 2-3 metr aralıda yenə bir polis məni yoxladı. Halbuki həmin şəxs gördü ki, artıq mən yoxlamadan keçmişəm. Bu, ancaq cavan qadınların başına gəlir. Belə çıxır ki, həmin şəxslər vəzifələrindən sui-istifadə edirlər. Mən vətəndaş olaraq nazirlik işçiləri tərəfindən sosial şəbəkədə bu cür narahat edilmək istəmirəm”.
Məsələylə bağlı Bakı şəhər Baş Polis İdarəsiylə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, məsələ araşdırılır, nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...