Rəşad Cəbrayılov: Prezident İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində təşəbbüsləri böyük əhəmiyyət kəsb edir
“Azərbaycan dövlətinin son 17 ildə əldə etdiyi inkişaf bütün dünya ölkələri tərəfindən təqdir edilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasəti bu gün bütün sahələrdə inkişafın təmin olunmasına yol açıb. Məhz bu inkişafımız dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə fəal mübarizə aparmağımızda, əldə olunan nailiyyətlərdə əhəmiyyətli rola malik oldu”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib.
Milli maraqları əsas götürən Azərbaycan dövlətinin qlobal problemlərin həllindəki rolundan danışan R.Cəbrayılov qeyd edib ki, Azərbaycanın müasir və sürətli inkişaf modeli beynəlxalq aləmin diqqət mərkəzindədir: “Koronavirus pandemiyasının yayılmasına qarşı ölkəmizdə görülən tədbirlər bütün beynəlxaq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir. Dövlət başçımızın Qoşulmama Hərəkatının Sədri qismində BMT Baş Assambleyasının COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi, bu təşəbbüsün 130-dək dövlət tərəfindən dəstəklənməsi isə Azərbaycanın beynəlxalq miqyasıdakı nüfuzunun bariz göstəriciidir”.
R.Cəbrayılov qeyd edib ki, belə çətin günlərdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti ifadəsidir. YAP Salyan rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının uğurlu fəaliyyətinin, təşəbbüslərinin dünya birliyi tərəfindən dəstəklənməsi qürurvericidir və hər birimiz inanırıq ki, məhz Prezident İlham Əliyevin koronavirusla mübarizə çərçivəsində səsləndirdiyi qlobal çağırışlar bu problemin həllində əhəmiyyətli rola malik olacaq. (Mənbə: yeniazerbaycan.com)
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...