“Azəriqaz” 6 aylıq hesabat verdi

17:13 21-07-2020 | icon 3383
“Azəriqaz” 6 aylıq hesabat verdi

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatı açıqlayıb. 

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 milyard 738 milyon 500 min kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 milyard 978 milyon 300 min kubmetri artıq 6 ay ərzində qəbul edilib.

Ötən illə müqayisədə 40 milyon 700 min kubmetr artıq qaz qəbul edilib ki, bu da daha 36 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır. 

Bundan başqa karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub. Ümumilikdə, hazırda iyul ayının 1-nə olan statistikaya görə Birlikdə qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir.

Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 % azalma var. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. 

Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.

2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib.

 


Digər xəbərlər

0.21232199668884