“Azəriqaz” 6 aylıq hesabat verdi
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatı açıqlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 milyard 738 milyon 500 min kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 milyard 978 milyon 300 min kubmetri artıq 6 ay ərzində qəbul edilib.
Ötən illə müqayisədə 40 milyon 700 min kubmetr artıq qaz qəbul edilib ki, bu da daha 36 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır.
Ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 % azalma var. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.
Qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.
2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib.
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...