YAP Salyan rayon təşkilatının sədri 22 iyul Milli Mətbuat günü ilə bağlı jurnalistləri təbrik edib
YAP Salyan rayon təşkilatının sədri, Salyan İH baçşısının müavini Rəşad Cəbrayılov Milli Mətbuat günü ilə bağlı jurnalistlərə təbrik ünvanlayıb.
"Azeripress.az" həmin təbriki dərc edir:
“Əziz dostlar, əziz mətbuat nümayəndələri. Sizi 22 iyul Milli Mətbuat günü münasibətilə səmimi qəlbdən təbrik edir, olduqca şərəfli,məsuliyyətli vəzifənizdə uğurlar yeni yeni nailiyyətlər arzulayıram.İnanıram ki, “Əkinçi” qəzetinin nəşri ilə dünyaya göz açan Azərbaycan milli mətbuatı gələcəkdə daha yüksək zirvələri fəth edəcək. Çünki ölkəmizdə azad sözə,azad fikrə,müstəqil mediaya hər zaman hörmətlə yanaşılmış,media sahəsinin inkişafı üçün hər cür şərait yaradılmışdır. Bu günlərdə bunun növbəti təzahürünün şahidi olduq.
Bir daha bu yolda sizə bol-bol uğur, dünyada gedən informasiya müharibəsində daim qalib olmağı arzu edirəm. Sədri olduğum YAP Salyan rayon təşkilatının kollektivi adından sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndirir, sizlərə sonsuz sevgilərimizi çatdırıram. Bayramınız mübarək!”.
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...