Kardiologiya İnstitutunun direktoru əhaliyə müraciət etdi:- “Evdə qal, biz gələrik”

23:59 22-07-2020 | icon 2948
Kardiologiya İnstitutunun direktoru əhaliyə müraciət etdi:- “Evdə qal, biz gələrik”

ETKİ-nin direktoru: t.e.d Gülnaz Dadaşova ölkədə koronavirus infeksiyasının yayılmas ilə əlaqədar əhaliyə müraciət edib.

"Azeripress.az" həmin müraciəti təqdim edir:

Əziz həmvətənlərim!
 
Koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq Respublikamızda sərt karantin rejimi davam etməkdədir. Məlumdur ki, ürək-damar xəstəlikləri olan xəstələr bu gün yüksək risk qrupunu təşkil edirlər. Digər tərəfdən insanlarda virusa yoluxma qorxusu olduğu üçün xəstələr zamanında həkimə müraciət etmirlər. Bu isə əfsuslar olsun ki, ciddi ağırlaşmalara, pis sonluqlara gətirib çıxarır. Belə hallar ilə biz son zamanlar öz təcrübəmizdə də tez-tez rastlaşırıq. Belə ki, son aylar xəstələrin bizə gecikmiş mərhələdə və çox ağır formada müraciət etməsinin şahidi oluruq. Bu zaman göstərdiyimiz bütün səy və yardımlara baxmayaraq, itkilərlə üzləşirik. Xalqımıza demək istəyirik ki, ürək xəstəlikləri gözləmir, hər hansı bir ürək şikayətləri olan hər kəs bizə vaxtında müraciət etməkdən çəkinməməlidir.
Akad.C Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2020-ci ilin aprel ayından başladığı “Evdə qal, biz gələrik”, “Evdə dəstək” devizi ilə Bakı şəhərində, ev şəraitində əhaliyə kardioloji yardımın göstərilməsi aksiyasını davam etdirir. Özünüzdə, yaxınlarınızda ürək-damar sistemi ilə bağlı şikayətlər olduqda dərhal, vaxt itirmədən bizimlə əlaqə saxlayın. Əməkdaşlarımız tərəfindən sizə lazımi kardioloji müayinə və yardım göstəriləcəkdir. Həkim briqadamıza kardioloqlarla yanaşı endokrinoloq, nevropotoloq, psixoloq kimi ixtisas həkimləri da daxildir. Zəruri hallarda COVİD-19 üçün analiz götürülür, epidemiya əleyhinə bütün tədbirlərə ciddi əməl olunur. Eyni zamanda xəstələrin vaxtında stasionara çatdırılması üçün “Ambulans” xidmətimiz də 7/24 saat müddətində fəaliyyət göstərir.
Əlaqə nömrəsi: 0125644972
Hər birinizə can sağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
ETKİ-nin direktoru: t.e.d Gülnaz Dadaşova

Digər xəbərlər

0.28289794921875