“Əmək haqqım 1300 göstərilsə də, maaşımdan 200 manat tutulurdu” - Şikayət

00:09 23-07-2020 | icon 3410
“Əmək haqqım 1300 göstərilsə də, maaşımdan 200 manat tutulurdu” - Şikayət

Bakı sakini Zamiq İbrahimov əməkdaşı olduğu “Şirin MMC” qənnadı fabrikində əmək haqqını tam olaraq ala bilmədiyi üçün redaksiyamıza müraciət edib.

Şikayətçi bildirib ki, işə daxil olan zaman əmək haqqı olaraq müəyyən məbləğ danışılsa da, daha sonra hər ay maaşından tutulmalar olduğunu görüb:

“2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. Müqavilədə rəsmi əmək haqqım 1300 AZN göstərilsə də, hər ay maaşımdan 200 manat tutulurdu. İyun ayında isə hesabıma 836 AZN köçürüldüyünü gördüm. 

Məndən başqa, tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu”.

Z. İbrahimov iddia edir ki, maaşlardan tutulmalar şirkət tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödənildiyi üçündür:

“30 iyun tarixində öz ərizəmlə şirkətdən ayrıldım. Bu dəfə isə 3 həftəlik iş günüm nəzərə alınmayaraq mənə 268.50 AZN maaş yazılmışdı”.

Şikayətçi Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi Xidmətinə yazılı şəkildə müraciət edəcəyini qeyd edib.(qafqazinfo)


Digər xəbərlər

0.25525498390198