Azərbaycanda toylar iki saatlıq keçirilə bilər
"Toylar başqa formatda keçirilə bilər. Hökm deyil ki, insanlar bir yerdə yığılsınlar. Mən hesab edirəm ki, toylar açıq şəkildə, eyni zamanda 6-7 saat deyil, 2 saat olmaqla keçirilə bilər"
Bu sözləri azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla deyib:
"Dünyada adət-ənənələri, streotipləri sındıran məqamlar olur. 30-40 il qabaq bizim 3 gün davam edən toylarımız olurdu. İndi yoxdur ki? Yenə də həyat davam edir. Dünyada inkişaflar var biz onlarla barışmalıyıq".
Adil Qeybulla həmçinin Azərbaycanda yasların keçirilməsindən də danışıb:
"İnsanlar bilməlidirlər ki, biz karantin rejimindəyik. Karantin rejiminin öz qaydaları var. Statistika göstərir ki virus aşkarlananların əksəri yaslarda yoluxub. İnsanlar qapalı və kondisioner olan mühitdə oturublar. Koronaviruslu bir- iki xəstənin iştirak etdiyi belə məclislərdə virus hava ilə serkulyasiya edərək bütün insanlara keçə bilib. Yasın bu qaydalarda aparılması karantin qaydaların ziddir. Biz bunu niyə belə formada aparmalıyıq ki? Gərək köhnə adət- ənənə davam etsin?". /Sonxeber.az
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...