DİM müraciət yaydı
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul-3 avqust tarixlərində qeydiyyatdan keçməlidirlər.
2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul - 3 avqust 2020-ci il tarixlərində verilən link vasitəsilə http://eservices.dim.gov.az/erizetex/qabiliyyet qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki sabah gün ərzində aktiv olacaq.
Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
- Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
- Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.
Ətraflı məlumatı DİM-inn saytından əldə edə bilərsiz.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...