Yeni Təhsil naziri kimdir?

13:23 27-07-2020 | icon 3018
Yeni Təhsil naziri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib. 

E. Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. O, Təhsil İnstitutundakı vəzifəsinə bu ilin yanvarından təyinat alıb. 

 

Təhsil İnstitutunun direktoru olana qədər isə Emin Əmrullayev nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.


Digər xəbərlər

0.28980398178101