Sabah Bakıda 36 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən, yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...