Vəzifəli şəxslər həbs edildi
Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.
25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
-
DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb
...
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...