Dövlətin liderlik etməyi bacaran rəhbəri, rəhbərinə arxa-dayaq olan xalqıvarsa deməli o dövlət güclüdür, basılmazdır

11:43 28-07-2020 | icon 2693
Dövlətin liderlik etməyi bacaran rəhbəri, rəhbərinə arxa-dayaq olan xalqıvarsa deməli o dövlət güclüdür, basılmazdır

Tarixin çətin sınaqları ilə daim üz-üzə qalan dövlətimiz, xalqımız bütün
mübarizələrdən hər zaman qalib çıxmağı bacarmışdı. Əgər bir dövlətin liderlik etməyi
bacaran rəhbəri, rəhbərinə arxa-dayaq olan xalqı varsa deməli o dövlət güclüdür,
basılmazdır.
Hazırda qlobal pandemiya dönəmində fəaliyyət göstəririk. Heç şübhəsiz, bu da
həyatın demək olar bütün sahələrinə, xüsusilə, sosial-iqtisadi sferaya təsirsiz ötüşmür. O
dövlətlər, hökumətlər uğur qazanır ki, onlar bu “elan olunmamış dünya müharibə”sindən
öz xalqını, vətəndaşlarını daha az itkilərlə çıxara bilsin. Azərbaycan Prezidentinin
müəyyənləşdirdiyi və həyata keçirdiyi dayanıqlı sosial-iqtisadi siyasət qlobal pandemiya
dövründə öz çevik reaksiyaları ilə diqqəti cəlb edir. Azərbaycan Prezidentinin
göstərişlərinə uyğun olaraq koronavirusun iqtisadi subyektlərə təsirinin
minimallaşdırılması yönündə mühüm addımlar atılıb.Belə ki, Cənab Prezident bu il heç
bir sosial proqramın, sosial infrastruktur layihsəinin ixtisar edilməyəcəyini bəyan
etmişdir.”Uğurlu sosial siyasət Azərbaycanın qüdrətli iqtisadiyyatına söykənir. İqtisadi,
maliyyə imkanları sosial layihələrinin icrasını təmin edir. Ötən dövr həm də
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılmış sosial-iqtisadi
modelin zamanın sınağından çıxdığını göstərdi.
Ölkə başçısı martın 19-da koronavirus pandemiyasının Azərbaycan
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq
subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard
manat vəsait ayırdı və təsirləri qiymətləndirmək məqsədilə dörd işçi qrup yaradıldı.
Qısa müddət ərzində ölkədə makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin
etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edildi, lazımi əlavə
tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə
bağlı təkliflər əsasında qısa müddət ərzində bu proqramın ortaya qoyulması
təqdirəlayiqdir və indiki dövrdə onu həyata keçirilməsi böyük əzm tələb edir. Çünki
söhbət milli iqtisadiyyatın illər ərzində inkişaf etmiş və formalaşmış sahələrinin məhv
olmaması üçün böyük məbləğdə maliyyə tutumu olan dövlət dəstəyi proqramının
gerçəkləşməsindən gedir. Dövlət tərəfindən qərarların vaxtında verilməsi nəticəsində
böhran dərinləşməmiş bir çox sahələrin mümkün itkilərinin qarşısının alınması mümkün
olacaq. Proqramda pandemiyanın təsir edə biləcəyi bütün sahələr əhatə olunub.
Həmçinin aztəminatlı ailələrə dövlət tərəfində edilən maddi yardımlar, ərzaq
yardımları sərtləşdirilmiş karantin rejimi dövründə əhalinin çətin vəziyyətə düşməsinə
imkan vermədi. Eyni zamanda dünyanın bir çox inkişaf etmiş dövlətlərində koronovirusla
(COVİD-19) bağlı müayinə və müalicələr ödənişli olsa da , Azərbaycan bu sahədə
nümunəvi addım ataraq bütün əhalinin müayinə və müalicəsini dövlət hesabına həyata
keçirir.
Bütün bu uğurlu islahatlar, vaxtında atılan düzgün addımlar bizə öz iqtisadi-siyasi
gücümüzü, xalqımızın sağlamlığını qorumağa imkan verəcəkdir.

Reyhan Ocaqova - YAP Saatlı rayon təşkilatının
Qadınlar Şurasının sədri


Digər xəbərlər

0.38813090324402