“Xaliq Faiqoğlu” şirkəti Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirib
Hər gün yüzminlərlə sərnişinə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti müqəddəs Qurban bayramı ilə əlaqədar xeyriyyə tədbiri keçirib.
Şirkət yerləşdiyi ərazi üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon şöbəsinin təşkilati dəstəyi ilə 100-ə qədər aztəminatlı, fiziki məhdudiyyətli və tənha yaşayan ahıl şəxslərin ailələrinə bayram sovqatı təqdim edib.
Tədbirdə çıxış edən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizam Rzayev təmsil etdiyi şirkətin daim sosial aksiyalar keçirdiyini, əhalinin həssas sosial kəsiminə diqqətlə yanaşdığını bildirib. Qeyd edilib ki, 700 nəfərə yaxın işçi heyəti olan şirkət əməkdaşlarının sosial müdafiəsinin təmin edilməsi, fiziki məhdudiyyətli bir çox şəxslərin işlə təmin edilməsinə də böyük əhəmiyyət verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon şöbəsinin sədri Afət Quliyeva əhalinin aztəminatlı kəsiminə göstərilən diqqətə görə təşəkkür edib. O, dövlətin hər zaman əhalinin aztəminatlı hissəsinin sosial rifahının yüksəldilməsi məqsədilə ardıcıl sosial siyasət apardığını bildirib və “Xaliq Faiqoğlu” şirkətinin bu tip aksiyalar həyata keçirməsinin qürurverici hal olduğunu vurğulayıb.
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...