İqtidar-xalq birliyi, güclü ordumuz, dövlətimizi bütün sınaqlardan qalib çıxaracaqdır

15:18 29-07-2020 | icon 2432
İqtidar-xalq birliyi, güclü ordumuz, dövlətimizi bütün sınaqlardan qalib çıxaracaqdır

Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri daim qonşu dövlətlərin
maraq obyektinə çevrilmişdir. Əsirlərdir tarixi torpaqlarımız olan Dağlıq Qarabağa qarşı
əsassız iddialarla çıxış edən erməni daşnaqları bəzi anti-Azərbaycan ünsürlərinin
havadarlığı ilə 20 faiz torpaqlarımızı özününkiləşdirməyə çalışır.
Son günlərdə erməni vandallarının təxribatı nəticəsində cəbhə xəttində vəziyyət
gərginləşmişdir. Erməni təxribatına layiqli cavab verən ordumuz, düşmənin xeyli sayda
canlı qüvvəsini, hərbi texnikasını, hərbi bazasını məhv etmişdir . Bütün bunlarla biz bir
daha düşmənə öz gücümüzü göstərmiş olduq.
Çox da uzaq tarix olmayan 2016-cı ilin aprel döyüşləri bizə onu deməyə əsas verir
ki, ordumuz və xalqımız vətənin müdafiəsində birlik və həmrəliyik nümayiş etdirərək,
itirilmiş torpaqlarımızın bir hissəsini geri qaytarılmasında böyük rəşadət göstərdi. Çünki
bizim ürəyi vətənlə döyünən xalqımız, vətən yolunda canından keçməyə hazır olan igid
əsgərlərimiz var. Belə orduya, xalqa malik olan vətən torpağı basıla bilməz, işğal altında
qala bilməz.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim diqqət və qayğı
göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyat keçirilməsi
sayəsində güclü Milli ordumuz daha da təkmilləşərək işğal altında olan torpaqlarımızın
azad edilməsi əmrinə hər zaman hazır vəziyyətə gətirilmişdir.
Son hadisələrlə əlaqədar gənclərimiz könüllü olaraq ordu sıralarına yazılmaq üçün
növbələrdə dayanır. Mən də bir gənc kimi vətənimizin müdafiəsində iştirak etməyi özümə
bir vətən borcu hesab edərək vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak
etmək üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən
qeydiyyatdan keçdim. Mənim üçün torpaqlarımızın azad edilməsi uğrunda gedən
döyüşlərdə iştirak etmək qürürvericidir. Biz gənclər dövlətin bizlərə göstərdiyi böyük diqqət
və qayğını hər zaman hiss etmişik, bütün sahələrdə ölkə Prezidentimiz biz gənclərə inanıb
güvənibsə bizim də qarşımızda duran birinci vəzifə vətənimizin işğal altında olan
torpaqlarını geri qaytarmaqla bu inamı doğrultmaqdır.
Ulu öndər Heydər Əliyev hər zaman çıxışında qeyd edirdi ki, “Gənclər bizim
sabahımızdır.Hər bir ölkənin müstəqilliynin və dövlətçiliyinin möhkəmləndirilməsi ölkənin
əsas aparıcı qüvvəsi olan gənclərdən asılıdır”. Ulu öndər ideologiyasına sadiq qalaraq
gənclərin ən böyük dostu və himayədarı olaraq bu gün biz gənclər də ölkə Prezidenti
cənab İlham Əliyevin ətrafınızda sıx birləşərək, irəli əmrini gözləyirik.
Bizə 2016-cı ilin aprel döyüşlərində möhtəşəm qələbə sevinci yaşadan ordumuz
2020-ci ilin iyul ayında yenidən düşmənə ağır zərbələr vurmaqla bizi sevindirdi.
İnanırıq ki, nə qədər ki, bizim dövlətimizi uğurla idarə edən liderimiz, güclü ordumuz,
daim yumruq kimi bir olan xalqımız var Azərbaycanın müstəqilliyi daimi və dönməz
olacaqdır.

Mehriban Ağayeva - YAP Saatlı rayon təşkilatı
Gənclər Birliyinin sədr müavini


Digər xəbərlər

0.24491405487061