Azercell-dən növbəti keyfiyyət göstəricisi
Şirkət Keyfiyyətin İdarə Olunması və Müştəri Məmnuniyyətinin Yüksəldilməsi üzrə beynəxalq sertifikat qazanıb.
“Azercell Telekom” MMC ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunu sübut edən növbəti beynəlxalq qiymətləndirmədən keçib. Şirkət ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə daha bir sertifikatını əldə edib.
Sertifikatın alınması üçün Azercell şirkəti bu il mart ayının 16-da başlayan beynəlxalq standarta uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
Hesab olunur ki, şikayətlərlə iş prosesinin təhlili sonradan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə birbaşa təsir edir. Odur ki, audit zamanı müştəri məmnuniyyətinin yüksəldilməsi, şikayətlərə vaxtında və məzmunlu cavab verilməsi, daxil olan iradların hamısının nəzərdən keçirilməsi, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi kimi amillər nəzərə alınır. Həmçinin, şirkət heyəti üzvlərinə müştərilərlə iş üzrə xüsusi təlimlərin keçirilməsi, prosesin effektivliyinin artırılması məqsədilə zəruri analizlərin aparılması və bu addımların məhsuldarlığa hansı dərəcədə təsir göstərilməsi qiymətləndirilib.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. Qeyd edək ki, Azercell Telekom ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...