“Avqustun 5-dən sonra bütün məhdudiyyətləri götürə bilmərik” - Deputat + Video
“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır”.
Bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan “Koronovirus İnfo”da deyib:
“Ancaq coğrafi və lokal təhlillər göstərməlidir ki, hansı yerdə hansı qərarlar verilə bilər.
Çox vaxt valideynlər mənə təhsillə bağlı sual verirlər ki, sentyabrın 15-dən sonra dərslər başlayacaqmı?
Azərbaycan dövləti nadir ölkələrdən biridir ki, yoluxanlar arasında uşaqların sayı, demək olar ki, sıfırdır. Biz 1 milyon 500 min şagird-müəllim kollektivini qoruya bilmişik. Bu çox ciddi bir nəticədir.
Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik.
Ancaq bizim məqsədimiz müharibəni udmaqdır və müharibə tək bizim ölkəmizdə deyil, dünyanın 190 ölkəsindədir”.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...