İlham Əliyev Şəkidə səfərdə olub - Fotolar

13:29 30-07-2020 | icon 2850
İlham Əliyev Şəkidə səfərdə olub - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

 

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. İlham Əliyev yolun açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

 





Digər xəbərlər

0.25409913063049