Qaradağ rayonunun qəsəbələrində xəbərdarlıq plakatları vurulub - Fotolar
İyulun 28-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə onlayn müşavirə keçirilib.
İH-dən verilən məlumata görə, onlayn müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə” 19 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargah üzvləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri iştirak ediblər.
Onlayn müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar rayonun müxtəlif ərazilərində gündəlik keçirilən reydlərdən, COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) evdən bayıra çıxmamasına nəzarətdən danışılıb.
Bildirilib ki, rayonun bütün qəsəbələrində xəbərdarlıq elanları vurulub. Elanlarda COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) nəzərinə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ciddi karantin rejimini və qaydaları pozaraq evlərini tərk etdikləri halda Cinayət Məcəlləsinin 139.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcək və iki min beş yüz manatdan beş min manatadək (2 500 – 5 000) miqdarda cərimə və ya üç (3) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək. Bu kateqoriya vətəndaşlardan xahiş edilib ki, qanunlara riayət etsinlər.
Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahının nəzdində fəaliyyət göstərən məlumat mərkəzin könüllüləri evdə müalicə alan şəxslərlə telefon əlaqəsi saxlayaraq, onlara müvafiq izahatlar vermiş və mövcud qanunvericiliyə uyğun olaraq onların yaşayış yerlərini tərk etməmələri barədə ətraflı izahat veriblər.
Rayon ərazisində baş vermiş bütün hadisələr haqqında dərhal Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahana məlumat verilir.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...