“Maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmət” mərkəzi olacaq”
Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinin planlı şəkildə həyata keçirildiyini, bu mərkəzin sayca 20-ci olduğunu bildirib.
Dövlətimizin başçısı hazırda yeddi mərkəzin tikintisinin davam etdiyini söyləyib.
“Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmət” mərkəzi olacaqdır. Sirr deyil ki, bu, ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik idi. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə çox problemli sahə olubdur. Həm pozuntular olub, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürülürdü. Ona görə ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi”, - deyə Prezident qeyd edib.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...