DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - Foto

00:44 31-07-2020 | icon 2713
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - Foto

General-leytenant Əfqan Nağıyev bu ilin fevral ayından DSX Sahil Mühafizəsi xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra onun yerinə Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev təyin olunub. Bu barədə “MediaPost” məlumat əldə edib. 

Xudat sərhəd dəstəsinin rəisi Aqil Babayev isə vəzifəsindən azad olunaraq, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. 

DSX-nın mətbuat katibi Rövşən Cahangirov təyinatları təsdiqləyib.

 

Xatırladaq ki,  2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Nağıyev 13 may 2020-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib. 


Digər xəbərlər

0.20784592628479