Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib - Fotolar
Avqustun 6-da Təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib. Onlayn görüşdə koronavirus pandemiyası dövründə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili, 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb.
Bildirilib ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək.
Qeyd edilib ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır. Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.
-
"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib
...
-
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu
...
-
Mehriban Vəliyevaya yeni vəzifə verildi
...
-
Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi
...
-
Nazirlikdən Müəllimlər Günü ilə bağlı valideynlərə - Müraciət
...
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...