“Qarabağ”ın ÇL-də rəqibi bəlli oldu

14:24 09-08-2020 | icon 3077
“Qarabağ”ın ÇL-də rəqibi bəlli oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb. UEFA püşkatma ərəfəsində 34 iştirakçını 5 qrupa ayırmışdı.
 

Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer almışdı. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biri idi. Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcəkdi ki, Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıydı.


İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Ağdam klubu “Sileks”lə rəqib olub. Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək. Meydan sahibi olacaq komanda püşk vasitəsilə müəyyənləşib. “Qarabağ” ilk mərhələdə ev sahibi olacaq.


Digər xəbərlər

0.22836399078369