“Neftçi” və “Sumqayıt” şimali makedoniyalılara, “Keşlə” albanlara qarşı

17:13 10-08-2020 | icon 3050
“Neftçi” və “Sumqayıt” şimali makedoniyalılara, “Keşlə” albanlara qarşı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.  Azərbaycan təmsilçilərindən “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olub.

Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmadan öncə iştirakçılar qruplara bölünüb.

“Neftçi”nin UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bakılılar Makedoniyanın “Şkupi” klubu ilə üz-üzə gələcək.  Fizuli Məmmədovun komandası qarşılaşmanı evdə keçirəcək.

***

“Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Bakı klubu oyununu Bakıda keçirəcək.

***

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sumqayıt” Şimali Makdeniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Təmsilçimiz oyununu evdə keçirəcək.


Digər xəbərlər

0.22948384284973