“Səhv etmək olmaz” - “Neftçi”nin baş məşqçisi

01:47 11-08-2020 | icon 2289
“Səhv etmək olmaz” - “Neftçi”nin baş məşqçisi

““Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.

 

42 yaşlı mütəxəssis evdə oynamağı əsas üstünlük hesab edib:
 
“Hər bir rəqib təhlükəlidir. Düzdür, “Şkupi” kağız üzərində digər rəqiblərlə müqayisədə zəif görünə bilər. Amma əsas üstünlüyümüz odur ki, evdə oynayacağıq. Hər rəqib üçün xüsusi hazırlaşmaq lazımdır. Futbolçularımız bu oyuna tam köklənməlidirlər. Səhv etmək olmaz. Futbolçularımız sıxılmamalıdırlar, amma çox rahatlaşmaq da olmaz. Lazımi qədər həm diqqətli, həm də sərbəst olmalıyıq. Xüsusilə müdafiədə səhv etmək olmaz. Çünki mərhələnin taleyi bir oyundan ibarətdir. Təbii ki, hücum etməliyik, amma müdafiəni unutmamaq şərti ilə. Müdafiədə və ya mərkəzdə hər hansı səhv uğursuzluğa səbəb ola bilər. Ağıllı oynayıb qalib gəlməliyik”.
 
"Neftçi” – "Şkupi” (Şimali Makedoniya) oyunu avqustun 27-də "Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər

0.32351684570312