“Keşlə” “Laçi” ilə Kipr və ya İspaniyada oynaya bilər

15:33 11-08-2020 | icon 2921
“Keşlə” “Laçi” ilə Kipr və ya İspaniyada oynaya bilər

“Keşlə”nin Avropa Liqasında Albaniyanın “Laçi” klubu ilə matçı Bakıda keçirilməyə bilər. Məlumatı rəqib komandanın direktoru Naim Halili verib. 

O bildirib ki, Azərbaycanda COVİD-19 pandemiyasına görə yaranan bəzi məhdudiyyətlər qarşılaşmanın yerinin dəyişdirilməsinə səbəb ola bilər. Klub rəsmisi matçın Kipr və ya İspaniyada oynanıla biləcəyini deyib. 

 

Qeyd edək ki, “Keşlə” – “Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.


Digər xəbərlər

0.25202393531799