Nazirlikdən yeni tədris ili ilə bağlı yayılan məlumatlara - Reaksiya
Təhsil Nazirliyi koronavirus pandemiyası dövründə məktəblərin hansı formada fəaliyyət göstərməsinə dair bu gün bir sıra saytlarda yayılan təlimatla bağlı açıqlama verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, nazirlik tərəfindən məktəb direktorlarına yeni tədris ili ilə bağlı heç bir təlimat göndərilməyib: “Yeni tədris ilinin təşkili ilə bağlı təhsil idarəedənlər,müəllimlər, valideynlər, şagirdlər və tələbələrlə müzakirələr aparılır. Məsləhətləşmələr çərçivəsində təkliflərin nədən ibarət olduğunu bilmək üçün aidiyyəti üzrə sorğular göndərilib. Təkliflər sonradan dəyərləndirilərək yekun qərar veriləcək.
Ötən həftədən etibarən Təhsil naziri Emin Əmrullayev həm İctimai Şuranın üzvləri, həm də məktəb direktorları ilə görüşlər keçirib. Nazirin belə görüşləri mütəmadi şəkildə keçiriləcək, səsləndirilən rəylər də mütləq nəzərə alınacaq. Sonrakı mərhələdə isə yeni tədris ilinin təşkili ilə bağlı təlimatlar qəbul ediləcək və təhsil idarəedənlərə göndəriləcək”.
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...
-
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
...
-
Qızılcaya görə Bakı məktəblərində dezinfeksiya işləri aparılır - Fotolar
...
-
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
...
-
Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
...
-
Bu həftə məktəblərdə payız tətili başlayır
...