Lökbatan qəsəbəsində növbəti abad məhəllə - Fotolar
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunun bütün qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparılır, qəsəbədaxili yollara asfalt örtüyü salınır, yolların kənarlarında küçə işıqları quraşdırılır. 13 avqustda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti abad məhəlləyə baxış keçirib.
İstifadəyə verilmiş abad məhəllə Lökbatan qəsəbəsi, Mehman Həsənov küçəsi, 2a, 2, 14 və 1 saylı binaların qarşısında yerləşir.
Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 7200 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Yeni salınmış abad məhəllədə 2 ədəd hər birinin sahəsi 12 kv.m olan söhbətgah, 1 ədəd uşaqlar üçün sürüşkən və 2 ədəd yelləncək, 4 ədəd 5 nəfərlik skameyka quraşdırılıb, 600 ədəd oleandr, 100 ədəd sərv və digər dekorativ kol və ağac əkilib, 14 ədəd küçə işığı quraşdırılıb. Ətrafda olan çoxmərtəbəli binaların giriş qəfəsləri təmir edilib, yeni pəncərələr, giriş qapıları quraşdırılıb, giriş qəfəsləri və ətraf ərazidə bütün divarlar da daxil olmaqla fasad boyası çəkilib.
Abad məhəlləyə baxış keçirərkən orada olan ağsaqqallar burada yaşayan 360 yaxın ailə adından əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib və rayon İcra hakimiyyətindən öz minnətdarlıqlarını ünvanına çatdırılmasını xahiş ediblər.
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...