“Sumqayıt” iranlı hücumçu ilə gücləndi

23:16 14-08-2020 | icon 3089
“Sumqayıt” iranlı hücumçu ilə gücləndi

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. “Kimyaçılar” İranın “Sepahan” klubundan ayrılan Əli Qurbanini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Əli yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Qurbani ötən mövsüm “Sepahan”da keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.


Digər xəbərlər

0.23374700546265