Kamran Məcidov “Xalq Bank”ın İdarə Heyətinin sədri təyin edildi
ASC “Xalq” Bankı Səhmdarlarının Ümumi Yığıncağının iclasında Bankın İdarə Heyəti sədrinin birinci müavini Kamran Nazim oğlu Məcidov Xalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Muradxan oğlu Ağayev Bankın Müşahidə Şurasının üzvü seçilib.
Kamran Nazim oğlu Məcidov 1982-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norveç Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.
Əmək fəaliyyətinə 2002-ci ildən etibarən bank sektorunda başlayıb. Ölkənin aparıcı banklarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2008-ci ildən Xalq Bankda çalışır. Ailəlidir, iki övladı var.
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...
-
Mikayıl Cabbarov “TikTok”un vitse-prezidenti ilə görüşdü
...
-
Orta aylıq əməkhaqqı 923 manata çatıb
...
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...