“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

08:34 18-08-2020 | icon 2264
“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

0.20827913284302