Zakir Həsənov gənclərin suallarını cavabladı
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşdülər.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ilk növbədə layihənin məqsədi, nazirlik tərəfindən vətənpərvərlik sahəsində görülən işlər, artıq 20 ildən çoxdur ki, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin əlaqədar qurumlarla birgə həyata keçiridiyi “Şahinlər” hərbi-vətənpərvərlik oyunu, ümumilikdə gerçəkləşdirilən layihə və tədbirlər haqqında qısaca məlumat verdi. Nazir müavini bu tədbirlərdə 10 mindən artıq gəncin iştirakının təmin edildiyini bildirdi.
Müdafiə naziri Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırdı.
Çıxışının davamında nazir Zakir Həsənov bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır. “Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq.”
Daha sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə sualları cavablandırıb.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...