Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb. İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?
Bununla bağlı professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir: "Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Ona görə də situasiya bilinmir. Bu baxımdan bizdə infeksiya da ola bilər, ya da birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa başlaya bilər. Bunların hər biri mümkündür. İkinci dalğanın olması payızda gözlənilir. Bütün dünya ölkələrində ikinci dalğa ilə bağlı söhbətlər gedir. Bu baxımdan da prosesin necə olacağı barədə fikir səsləndirmək də çətindir. Çünki virus getdikcə zəifləməyə doğru getməklə yanaşı ömrü də azalır. Virus uzun müddət bu formada davam edə bilməz. Hesab edirəm ki, koronavirus payız fəslinin sonunda bitməlidir”. /Konkret.az
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...