“Azəriqaz”da “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə auditə başlanıldı
“Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı 2015-ci ildən tətbiq olunur. Həmin tarixdən etibarən bu standartın tələbləri üzrə idarəetmənin təşkilinə başlanılıb. Bu sahədə nəzarət auditinin həyata keçirilməsi məqsədilə avqustun 19-da Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələrinin iştirakı ilə açılış tədbiri keçirilib.
Tədbirdə Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçiliyinin nümayəndələri Arzu Gülhan Yüzereroğlu və Xatirə Salahova, eləcə də aidiyyəti üzrə digər rəsmilər iştirak ediblər.
Bildirilib ki, “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartı üzrə keçiriləcək nəzarət auditinə hazırlıq məqsədilə Birliyin 16 struktur bölməsində 1-ci tərəf daxili audit keçirilib və müvafiq qaydada sənədləşdirilmə aparılıb. Daxili audit zamanı struktur bölmələrdə ciddi uyğunsuzluqlar aşkar edilməyib.
Sonda “Azəriqaz” İB-nin rəhbərliyi auditin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirib. Bu proses zamanı hər hansı narahatlığın yaşanmayacağına əminlik ifadə olunub.
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...