“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi bəlli oldu

00:10 20-08-2020 | icon 2773
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi bəlli oldu

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Moldovanın “Şerif” klubu olub.

 

Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda 2:0 hesabı ilə məğlub edərək Ağdam klubuna rəqib olub.

Qeyd edək ki, “Qarabağ”la “Şerif” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

 

 

Digər xəbərlər

0.22762608528137