“20-dən artıq strateji post azərbaycanlılarda qaldı” - Yerevandan “Aprel döyüşləri” açıqlaması
Ötən gün mətbuat konfransı keçirən Ermənistanın eks-prezidenti Serj Sarkisyan “Aprel döyüşləri” zamanı Azərbaycan ordusunun azad etdiyi mövqelərin sayını azaltmağa cəhd etmişdi. O, döyüşlərlə bağlı yaradılmış parlament komissiyasının hesabatında göstərilən rəqəmlə razılaşmamışdı.
“Komissiya sədri Andranik Koçaryanın 20-dən artıq döyüş mövqeyinin itirilməsi ilə bağlı açıqlaması düzgün deyil. Bunu komissiyanın hələ işini tam əsasda icra etməməsi ilə əlaqələndirirəm”- deyə Sarkisyan açıqlama vermişdi.
Bununla belə o, Azərbaycan ordusunun azad etdiyi döyüş mövqelərinin dəqiq sayını açıqlamayıb.
Məsələyə münasibət bildirən parlament üzvü, “Mənim addımım” fraksiyasının deputatı Armen Xaçatryan isə Sarkisyanı yalan danışmaqda ittiham edib.
“Komissiyanın döyüş mövqeləri ilə bağlı açıqlaması Müdafiə Nazirliyinin keçmiş və indiki şəxsləri ilə müzakirələrdən sonra açıqlanıb. Yəni itirilən ərazilərlə bağlı rəqəm Nazirliklə, hərbçilərlə dəqiqləşdirilib. Bəzi döyüş mövqeləri, postları stratejidir. Bəli, düşmənin əlində 20-dən artıq post qalıb”-deyə Xaçatryan deyib.
O, Serj Sarkisyanın açıqlamalarını “Aprel döyüşləri”ndəki məğlubiyyətin miqyasını azaltmaq cəhdi adlandırıb. /Modern.az
-
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
...
-
Azərbaycan 5 erməni hərbçini təhvil verdi
...
-
Son günlər mövqelərimiz intensiv atəşə tutulur
...
-
“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz yenə atəşə tutuldu
...
-
Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür
...
-
Müdafiə Nazirliyindən Fərrux kəndi ilə bağlı - Açıqlama
...