Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür 

06:56 21-08-2020 | icon 3026
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür 

u gün Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü start götürür.

Ilk oyun günündə iki matç baş tutacaq. İlk tura Sumqayıtda start veriləcək. Burada ölkəmizi Avropa Liqasında təmsil edən iki komanda – “Sumqayıt” və “Keşlə” münasibətlərə aydınlıq gətirməyə çalışacaq.

Günün son matçı isə “Bakcell Arena”da olacaq. “Neftçi” “Səbail”i qonaq edəcək.

Hər iki matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

21 avqust (cümə)

18:30 “Sumqayıt” –“ Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

20:30 “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bakcell Arena”

22 avqust (şənbə)

“Qarabağ” – “Sabah”
“Azersun Arena”, 20:00

23 avqust (bazar)

“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 19:00


Digər xəbərlər

0.25364899635315