İmişlidə ümumtəhsil məktəblərinin maddi bazası möhkəmləndirilir - Fotolar

13:01 22-08-2020 | icon 2320
İmişlidə ümumtəhsil məktəblərinin maddi bazası möhkəmləndirilir - Fotolar

İmişli rayonunun ümumtəhsil məktəblərinin maddi bazası hər il getdikcə möhkəmləndirilir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində rayonda da yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir. O cümlədən 2019-cu ildə 624 şagird yerlik Qızılkənd kənd tam orta məktəbi, 132 şagird yerlik Aranlı kənd 2 №li tam orta məktəbi və modul tipli 56 yerlik Muradxanlı kənd ümumi orta məktəbi tikilib istifadəyə verilib.

Məlumata görə, hazırda Muradxanlı kənd tam orta məktəbi üçün 264 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılıb və həmin məktəb binasında son tamamlanma işləri yekunlaşmaq üzrədir. Bu məktəbin su, istilik və elektrik enerjisi təminatı ilə bağlı bütün məsələlər həll  edilib. Məktəbin mebellərinin və idman avadanlıqlarının bir hissəsi gətirilib və hazır olan otaqlara quraşdırılıb. İnşa olunan yeni məktəb binası 2 mərtəbədən ibarətdir və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.

Binanın növbəti tədris ili başlayana qədər istifadəyə verilməsi nəzərdə tutulub.

 





Digər xəbərlər

0.25888586044312