“Kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır” - Adil Əliyev
"Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Hüquq mühafizə orqanlarından xahiş edirəm ki, toy mərasimi təşkil edən, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev və qudası cərimələnməlidirlər. Buna da təəssüf edirəm ki, həmkarımız Siyavuş Novruzov toyda iştirak edib. Üstəlik, mətbuata verdiyi açıqlamasında iştirakına haqq qazandırıb".
Bu sözləri Milli Məclisin deputatı Adil Əliyev Ramiz Mehdiyevin nəvəsinə keçirilən toyla bağlı qalmaqala münasibət bildirərkən deyib.
"Ölçü götürülməsə insanlar arasında dövlətin yürütdüyü siyasətə qarşı etibarsızlıq, inamsızlıq yaradır. Şəhər və rayonlarda karanatin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimələniblər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb.
Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Əgər, kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Bu qanunlar bizə şəhidlərimizin qanı bahasına başa gəlib, bu qanunları pozmaq şəhidlərimizə hörmətsizlik kimi də qiymətləndirirəm. Toy mərasimində çıxış edən Abel Məhərrəmov Ramiz Mehdiyevə təriflər yağdırır. Başa düşməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Ən böyük tərif Allaha məxsusdur. Abel Məhərrəmov yaddan çıxarmamalıdır ki, dövlətimizin bütün uğurlarının arxasında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur" - deyə deputat sözlərinə əlavə edib.
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...