Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əyib, qadın adını uca tutub - TƏBRİK
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edib.
Azeripress.az-ın məlumatına görə o, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları səmimi qəlbdən təbrik edib, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıb: “Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutub. Xalqımızın şərəfli tarixində Burla Xatun, Sara Xatun, Xurşid Banu, Nigar xanım, Həcər xanım kimi igid və müdrik qadınlar özünəməxsus yer tuturlar”.
Təbrikdə həmçinin deyilir: Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrumüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.
Bütün sahələrdə mühüm nailiyyətlər əldə olunur və bu uğurların əldə olunmasında qadınların böyük əməyi var. Onlar öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tuturlar.
Əminəm ki, xanımlarımız ölkəmizin inkişafı naminə bundan sonra da bilik və bacarıqlarını əsirgəməyəcəklər. Bu şərəfli yolda sizə uğurlar arzulayıram.
Bayramınız mübarək!
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...