“Keşlə” penaltilərlə uduzdu

01:41 28-08-2020 | icon 3315
“Keşlə” penaltilərlə uduzdu

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Keşlə” də bu gün növbəti avrokubok matçına çıxıb.

Yunis Hüseynovun çalışdırdığı kollektiv doğma meydanda Albaniya “Laçi”sini sınağa çəkib. Əsas vaxtda hesab açılmayıb. Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Albaniya təmsilçisi mərhələ adlayan tərəf olub.

 

Avropa Liqası
1-ci təsnifat mərhələsi
27 avqust

Keşlə – Laçi 0:0 (penaltilər 4:5)
Qırmızı vərəqə: Ş.Əliyev, 112 – L.Ramos, 72.
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan).
Bakı. “ASK Arena”.


Digər xəbərlər

0.2354781627655