DİM məlumat yaydı
Abituriyentlər və subbakalavrlar 28 avqust tarixindən başlayaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak üçün bütün komissiyalar üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqə”lərini çap edə bilərlər.
Abituriyentin 10,11və12-ci komissiyaların hər hansı biri üzrə rəsm imtahanından aldığı müsbət qiymət digər iki komissiyaların və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.
Abituriyentin 10 və11-ci komissiyaların hər hansı biri üzrə rəngkarlıq imtahanından aldığı müsbət qiymət digər komissiyanın və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.
Abituriyentin 14-cü komissiyanın rəsm imtahanından aldığı müsbət qiymət 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.
Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
-
Müəllimlərin XVI qurultayı keçiriləcək
...
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
...
-
Dərslər bu tarixdə başlayacaq - Nazirlik açıqladı
...
-
Ali məktəblərə ixtisas seçimi bu tarixlərdə aparılacaq
...
-
II ixtisas qrupu üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
...
-
DTX Akademiyasında buraxılış tədbiri keçirildi - Fotolar
...
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...