“Qarabağ”dan növbəti transfer

18:58 28-08-2020 | icon 2468
“Qarabağ”dan növbəti transfer

“Qarabağ” yeni transferini rəsmi olaraq açıqlayıb.

Ağdam klubu kabo-verdeli futbolçu Patrik Andradeni heyətinə qatıb. 

 

Mərkəz yarımmüdafiəçisi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, ölkəsinin “Sportinq”, “Desportivo”, “Benfika” klublarında oynadıqdan sonra Portuqaliyanın “Ribeyrao” komandasına üz tutan Andrade, 2013/14 mövsümündə “Joane”də icarədə olub. 2014-cü ildən 2018-ci ilə qədər “Moreyrense”də çıxış edən futbolçu həmin illərdə “Famalikao” və “Salqeyros”da icarədə oynayıb. 2018-ci ildən isə o, Bolqarıstanın “Çerno More” komandasında çıxış edirdi.


Digər xəbərlər

0.22646307945251