“Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” - Təhsil naziri
“Təhsil hər bir mənada gələcəyi müəyyən edən amildir. Bu gün təhsildə etdiyimiz işlərin nəticəsini 30 il sonra görürük, hiss edirik, başa düşürük.” Bu sözləri Təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, təhsil uzun müddətə ləng dəyişən, lakin dəyişikliklərə dayanıqlı olan sahədir:
“Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq. Bir çox halda biz təhsil haqqında danışanda "mən məktəbə gedəndə belə deyildi" ifadəsini işlədirik. Keçmişə baxıb müqayisə edirik. Amma əslində isə bu uşaqlar böyüyüb 30 yaşa çatdıqda əmək bazarının necə olacağını düşünməliyik. Gələcəyin necə olacağını indidən bilmək çətindir. Amma bununla belə bəzi şeylər məlumdur. Daha çevik, daha yaradıcı, dəyişikliklərə tez uyğunlaşan, o cümlədən milli-mənəvi dəyərlərini itirməyən, vətənini sevən vətəndaşları olan ölkələr öndə olacaq”.
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...