“Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq

18:38 31-08-2020 | icon 2719
“Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq

Neftçinin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq: “Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə),  “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində  atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

***

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Neftçi"nin rəqibi müəyyənləşib. Bakı klubu doğma meydanda "Qalatasaray"la üz-üzə gələcək. Qarşılaşma sentyabrın 17-də baş tutacaq. 


Digər xəbərlər

0.32720685005188