“Qarabağ”ın rəqibi Bakıya gəlmək istəmir
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Molde” Bakıya gəlmək istəmir.
Bunu açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. Klub rəsmisi bildirib ki, Norveç təmsilçisi oyunun Bakıda deyil, neytral meydanda keçirilməsini Ağdam klubndan xahiş edib. Klub rəsmisi onların müraicətinə müsbət cavab vermədiklərini bildirib:
"Molde Bakıya gəlmək istəmir. Səbəb də budur ki, Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınırsan. Norveç tərəfi bizə neytral meydanda oynamağı təklif edir. Özlərinin seçdiyi 5-6 meydan var və bunu bizə bildirdilər. Norveç hökuməti də həmin yerlərə karantin tələbi qoymayıb. Təbii ki, biz də bununla razılaşmırıq.
Burada bərabərlik hüququ pozulduğu üçün razı deyilik. Azərbaycan dövlətinin matçın ən yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığını UEFA-ya bildirmişik və qurumdan cavab gözləyirik. Həm klub, həm də ölkə olaraq, təhlükəsizliyə təminat vermişik ki, Bakıda oynayaq".
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...