“Neftçi”nin potensial rəqibləri bilindi

19:42 01-09-2020 | icon 2453
“Neftçi”nin potensial rəqibləri bilindi

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə təmsilçimiz "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

 

“Ağ-qaralar” 2-ci mərhələdəki rəqibi “Qalatasaray”ı (Türkiyə) mübarizədən kənarlaşdırsa, “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Neftçi” – “Qalatasaray” oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.


Digər xəbərlər

0.27422904968262