Eks-deputatın səsyazısı yayıldı - Audio

13:53 07-09-2020 | icon 3380
Eks-deputatın səsyazısı yayıldı - Audio

Xəbər verdiyimiz kimi, dünən azadlığa çıxan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev onunla bağlı bəzi məlumatlar paylaşan saytları cəzalandıracağını bildirib.

 O qeyd edib ki, iki gün ərzində açıqlamasının audioyazısı mediada verilməsə, xəbəri yayanları cəzalandıracaq:

"Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq, onu nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır".

 

Demokrat.az saytı sabiq deputatın ittihamlarına cavab olaraq sözügedən səsyazısını yayıb.

Qeyd edək ki, eks-deputat toydan 1 gün sonra verdiyi həmin açıqlamada kefinin yaxşı olduğunu və bu barədə danışmaq istəmədiyini bildirmişdi. 

 

 


Digər xəbərlər

0.34252381324768