Bakıda şagirdlər həftədə 2 dəfə, rayonlarda isə 3 dəfə məktəbə gedəcək
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...