Elxan Məmmədov: “Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi”
"Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".
Bunu açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan yığmasının səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının II tur matçından sonra deyib.
Assosiasiya rəsmisi bildirib ki, Bakıda Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə qələbə qazanmaq çox vacib idi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi".
Məmmədov De Byazinin yığmanı Millətlər Liqasına yoldaşlıq oyunları keçirmədən hazırlamasına da diqqət çəkib: "Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o, öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan, Millətlər Liqası yaxşı fürsətdir".(report)
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...